Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır
23 aprel 2023 764
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları sona yaxınlaşır.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparır.
Turnirin sonuncu günündə fərdi gimnastlar ayrı-ayrı alətlər üzrə, qrup hərəkətləri komandaları isə 5 halqa, 3 lent və 2 top ilə final mərhələsində yarışırlar.
Millimizin üzvü Zöhrə Ağamirova top və gürzlər, qrup hərəkətləri komandamız isə 5 halqa, 3 lent və 2 topla güclərini sınayacaqlar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı




