Bakıda Avropa Olimpiya Komitəsinin “İdmanda Gender Bərabərliyi” Komissiyasının iclası keçirildi
15 mart 2016 851
15 mart 2016-cı il tarixində Bulvar hotelində Avropa Olimpiya Komitəsinin (AOK) “İdmanda Gender Bərabərliyi” Komissiyasının iclası keçirildi.
Litva Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Daina Dudzineviciute Komissiyanin sədridir. Komissiyanın tərkibində Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Finlandiya Olimpiya Komitəsinin prezidenti Risto Nieminen, 3-qat Olimpiya çempionu Tatyana Lebedeva və s.üzvlər təmsil olunurlar.
Komissiyanın üzvü Könül Nurullayeva “İdmanda Gender Bərabərliyi” mövzusunda çıxış etmişdir. Komissiya ümumilikdə 8 ölkənin nümayəndələrinin iştirakı ilə keçirildi.
Tədbirdə Praqada keçirilmiş öncəki iclasın xülasəsi və gələcək işlərin planı müzakirə olundu. O cümlədən, Avropa Olimpiya Komitələrinin Gender məsələləri ilə bağlı fəaliyyət planı, strategiyası gündəlikdə olan məsələlər sırasında idi.
İclas müddətində Gender Bərabərliyi ilə bağlı digər təşkilatlarla əməkdaşlıq razılaşmaları, həmçinin AOK-un İcraiyyə Şurasına təqdim olunacaq təkliflər müzakirə olunmuşdur.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

