Bakı şəhər birinciliyində 800-ə yaxın yeniyetmə cudoçu iştirak edəcək
07 aprel 2022 1299
8-10 aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə U-15 kiçik yaşlı (2008-2010-cü il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyi keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 800-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.
3 gün davam edəcək paytaxt birinciliyində oğlanlar -34, -38, -42, -46, -50, -55, -60, -66, -73, +73 kq, qızlar isə -28, -32, -36, -40, -44, -48, -52, -57, -63, +63 kq çəki dərəcəsində güclərini sınayacaqlar.
Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda prespektivli idmançıları müəyyən edərək, onların U-18 yeniyetmələrdən ibarət milli yığma komandaya cəlb edilməsidir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı