Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub
22 sentyabr 2023 830
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ilk günündə Azərbaycan Cüdo Federasiyası rəsmi maskotunu geniş ictimaiyyətə təqdim etdi.
Azərbaycan cüdosunun simvolu kimi seçilən bəbir öz çevikliyi, sürəti, zərifliyi, misilsiz gücü və ağlı ilə tanınır.
Maskot üçün "Leopard" və "cüdo" sözlərinin birləşməsindən yaranan “Ledo” adı seçilib.
Ledo arenada gəzərkən azarkeşləri əyləndirməklə yanaşı, idmançıları öz sərhədlərini aşmağa və hər görüşdə mükəmməlliyə can atmağa həvəsləndirəcək.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı