Xəbərlər

Bakı 2015 Avropa Oyunları: 100 gün qalır!

04 mart 2015 624

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Oyunların başlamasına 100 gün qalmasının geri sayımına start verdiyini nəzərə alaraq (yəqin ki, bunu Oyunlardan əvvəl ən həyəcanverici mərhələ hesab etmək olar), biz BP-nin Xüsusi Təmsilçələri kimi seçilmiş idmançılar və Oyunlarla rəsmi tərəfdaşlığımız çərçivəsində görülən işlərə cəlb olunmuş bir neçə əmakdaşımızla bu həyəcandolu tədbirdən danışdıq.
“Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi tarixi hadisədir və Azərbaycan üçün şərəfdir və mən fəxr edirəm ki, Oyunlar ərzində ölkəmizi təmsil edəcəyəm”, Azərbaycanın paralimpiya hərəkatının siması və BP-nin oyunlarda xüsusi təmsilçisi olan çoxsaylı medal sahibi İlham Zəkiyev deyir. 2014-cü ilin iyun ayından BP şirkəti Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmuşdur. Bu tərəfdaşlıq çərçivəsində şirkət Bakı 2015 Avropa Oyunlarını Azərbaycanda təbliğ etmək, tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirmək, o cümlədən genişmiqyaslı tədbirlər və layihələrin idarə olunması sahəsində yerli istedadların inkişafına dəstək vermək öhdəliyi götürmüşdür. “Biz ümid edirik ki, bu təşəbbüslər Azərbaycanın təkcə böyük və əhəmiyyətli layihələri effektli şəkildə həyata keçirə bilən təşkilatçı ölkə kimi fərqlənməsinə yox, həm də bu proqram tərəfindən təklif olunan beynəlxalq təcrübədən istifadə etməklə mükəmməl idman yarışı nümayiş etdirməsinə kömək göstərəcək,” BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyir. “Biz xüsusilə məmnunuq ki, Bakı 2015 Avropa Oyunları üçün BP şirkətinin dəstəyi Azərbaycanın potensial yaratmaq və atletləri inkişaf etdirmək işlərinə kömək göstərmək məqsədi daşıyır.”
“Mən BP şirkəti ilə tərəfdaşlığımız haqqında öyrəndikdən sonra özümü çox xoşbəxt hiss etdim. İndi mən hiss edirəm ki, məni qiymətləndirirlər və mən bu ciddi işə daha çox məsuliyyətlə yanaşacağam”, Azərbaycandan cüdo üzrə yeganə dünya çempionu və BP şirkətinin xüsusi təmsilçisi Elxan Məmmədov deyir. Elxan BP şirkətinin Avropa Oyunları ərzində dəstəklədiyi altı xüsusi təmsilçi kimi seçdiyi idmançılardan biridir. Digər idmançılar İlham Zəkiyev (Paralimpiya cüdo), Oleq Panyutin (Paralimpiya atletika), Hacı Əliyev (Olimpiya güləş), Uluxan Musayev (Paralimpiya atletika) və Fəridə Əzizovadır (Olimpiya taekvondo). Oyunlar BP şirkətinin işçilərini də çox maraqlandırır. BP Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda idman yarışlarını uzun müddətdir ki, dəstəkləyən nəqliyyat və səfərlər meneceri Elmir Fətullayev deyir: “Bu oyunlar tarix yazacaq və bizim şirkətimizin oyunlara dəstək verməsi faktı çox gözəldir. Biz bu oyunların həm Birinci Avropa Oyunları, həm də Azərbaycanda keçirilən yüksək keyfiyyətli oyunlar kimi yadda qalmasını və xatırlanmasını təmin etməliyik.” 
BP şirkətinin sualtı əməliyyatlar bölümünün məlumat bazaları üzrə ekspert-analitiki Zaur Nadirov kimi bir neçə əməkdaşı tanınmış atletlərdir. Ştanq qaldırma medalçısı Zaur deyir: “Mən düşünürəm ki, Avropa Oyunlarının burada keçirilməsi Bakı şəhərinin idman yarışları paytaxtı kimi beynəlxalq nüfuzunu gücləndirəcək və son nəticədə onun Olimpiya Oyunlarına ev sahibliyi etməsinə gətirib çıxaracaq. BP şirkətinin dəstəyi ilə bizim komanda ən yüksək nəticələr qazanacaq və mən fəxr edirəm ki, mənim şirkətim belə bir böyük beynəlxalq idman yarışına sponsorluq edir.” Eyni zamanda, bu öhdəliyin bir hissəsi kimi dekabr ayının əvvəlində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və BP şirkəti Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramını ictimaiyyətə təqdim etdilər. Innovativ təlim proqramı olan Oyunlar Akademiyası Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərini yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli şəkildə keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında onlara kömək edəcək səriştələrini inkişaf etdirmək məqsədi daşıyır. Bu şanslı məzunlar beynəlxalq oyunlar birliyinin bir hissəsinə çevrilmək imkanına malik olacaqlar. Siz Oyunlar Akademiyası haqqında daha çox məlumatı saytımızdan əldə edə bilərsiniz.
“Bu, Azərbaycanda professional tədbirin idarə olunması sahəsində davamlı qabiliyyət irsi yaradacaq və böyük beynəlxalq idman yarışları və digər böyük, mürəkkəb layihələr həyata keçirə biləcək işçi qüvvəsi formalaşdıracaq,” BP AGT regionunun ünsiyyət məsələləri üzrə meneceri Tamam Bayatlı deyir. Bundan başqa, əməkdaşlığın tərkib hissəsi kimi, BP şirkəti Bakı 2015 Avropa Oyunlarına hazırlaşan Azərbaycanlı yerli atletlər üçün nəzərdə tutulmuş inkişaf və təlim proqramına cəlb olunmuşdur.
Bu proqram Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və dörd Olimpiya qızıl medalının sahibi, 400 m üzrə dünya rekordçusu, məşhur atlet –sprinter Maykl Consonun rəhbərlik etdiyi tanınmış beynəlxalq atletlərin treninq şirkəti “Michael Johnson Performance” (MJP) ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Altı aylıq proqram 2015-ci ilin yanvar ayında başlanmışdır. Bu günə qədər təxminən 30 atlet və 20 məşqçi qiymətləndirilmiş və proqram üçün seçilmişdir. Bununla əlaqədar fikrini bildirən atletika üzrə paralimpiyaçı, çoxsaylı medalların sahibi və BP şirkətinin xüsusi təmsilçisi kimi seçilən Oleq Panyutin deyir: “BP şirkətinin bu oyunları və atletləri dəstəkləməsi çox yaxşıdır və digər şirkətlərin Azərbaycanda və dünyada idman yarışlarına sponsorluq etməsi üçün yaxşı nümunədir. BP şirkəti böyük təşəkkürə layiqdir,” Oleq sözünü tamamlayır. Bakı 2015 Avropa Oyunları haqqında daha çox məlumat əldə etmək üçün xahiş olunur ki, www.baku2015.com saytına daxil olasınız.