Badmintonçumuz İndoneziyada bürünc medal qazandı
04 noyabr 2024 825
Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada təşkil olunan beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, "BLC Open" turnirində oğlanların qoşa yarışında üçüncü olub. Yeniyetmə badmintonçu şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib.
Qeyd edək ki, Əli Gözəlov təhsilini İndoneziyada davam etdirir və buradakı təlim-məşq toplanışlarına qatılır.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı