Azərbaycanlı pilot beynəlxalq turnirdə ikinci yeri tutub
15 sentyabr 2025 - 19:32 710
Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.
Yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodromo de Leiria trekində keçirilib.
Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb.
Bu yarışda iştirakdan sonra Davinə sentyabrın 26-dan 28-dək Bombarralda keçiriləcək ROTAX kateqoriyasında yarışa dəvət gəlib.
Davin burada "BirelArt" komandasının tərkibində çıxış edəcək.
Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək "World Grand Final" birinciliyində qüvvəsini sınayacaq.
Dünya çempionatı oktyabrın 1-5-də baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı