Azərbaycanlı boks referisinin beynəlxalq kateqoriyası artırılıb
20 fevral 2024 1106
Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.
Azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.
O, bu nailiyyətə fevralın 12-18-də Rumıniyanın Ploişti şəhərində keçirilən yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb. Beynəlxalq Boks Federasiyası (İBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq onun ulduzunu artırıb.
Daha əvvəl Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı