Azərbaycanın tamblinq yığmasının idmançısı və baş məşqçisi ilin ən yaxşıları adına namizəddir
09 fevral 2024 218
Avropada gimnastika üzrə 2023-cü ilin ən yaxşı idmançısı və məşqçisi adına namizədlərin siyahısı açıqlanıb.
Siyahıda Azərbaycan təmsilçiləri də var.
Tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin ilin idmançısı, yığmaya rəhbərlik edən Adil Hüseynzadə isə ilin məşqçisi adına namizəd göstərilib.
Hər nominasiya üzrə qaliblər azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən bəlli olacaq.
Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Adil Hüseynzadənin başçılıq etdiyi yığma da həmin turnirdə dünya çempionu olub.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı