Azərbaycanın taekvondo yığması Antalyada 7-ci medalını qazanıb
15 fevral 2024 960
Taekvondo üzrə Azərbaycan milli komandası Antalyada keçirilən Türkiyə açıq çempionatında daha bir medal qazanıb.
Baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında mübarizə aparan yığmanın heyətində Cavad Ağayev fəxri kürsüyə qalxıb.
74 kiloqram çəki dərəcəsində yarışan idmançı çempionatı bürünc medalla başa vurub.
Bununla da, Azərbaycan millisinin Antalyada qazandığı medalların sayı 7-yə çatıb. Böyüklərdə 3-cü olan C. Ağayevdən öncə yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 santimetr), Məryəm Cəfərova (152 santimetr) qızıl, Murad Canəliyev (152 santimetr), Novruz Əliyev (168 santimetr), Çingiz Həsənov (172 santimetr) gümüş, Gülay Əliyeva (160 santimetr) isə bürünc mükafata sahib olublar.
Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə turnirin ən yaxşı referisi seçilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı