Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü yeri tutub
26 fevral 2024 1107
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb.
Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan idmançı Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb.
Ardınca Polşa və İsveçrə tennisçilərinə də qalib gələn O.Quluzadə finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı