Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə gümüş medal qazanıb
01 dekabr 2023 1181
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.
O, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində qrup mərhələsində bütün rəqiblərinə qalib gəlib. O. Quluzadə onaltıdabir finalda Belarus, növbəti mərhələlərdə isə Rusiya idmançılarını üstələyərək finala yüksəlib. Həlledici oyunda özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzan idmançımız gümüş medalla kifayətlənib.
Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı