Xəbərlər

“Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürür

06 sentyabr 2022 643

5-26 sentyabda Milli Olimpiya Komitəsinin 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb. Azərbaycanın bölgələrində baş tutacaq tədbirə Azərbaycan Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi də təşkilatçılıq edir. Sentyabr ayı ərzində Gədəbəy, Mingəçevir, Lənkaran və Bərdə rayonları ilə yanaşı, yekun olaraq paytaxt Bakıda  “Azərbaycanın Olimpiya Odisseyası” layihə çərçivəsində çəkilən sənədli filmlərin nümayişi olacaq. Bölgələrə səfər edəcək Olimpiya çempionalrı görüş iştirakçılarının sualalrını cavablandıracaqlar. Layihə çərçivəsində ilk görüş Gədəbəy rayonunda baş tutub. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsində əsas məqsəd: Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək, narkotik vasitələr və psixatrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış etmək, hər bir yaş kateqoriyasına görə idmanın təbliğini aparmaq, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə olimpiya prinsip və dəyərlərinin təbliğ edilməsindən ibarətdir. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova təqdim edib. Daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarında yunan-roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova həsr olunan  “Cəngavər” filmi  izlənilib. Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı sualalrını cavablandırıb. Gədəbəy Rayon Heydər Əliyev mərkəzində səmimi şəraitdə baş tutan görüşün sonunda xatirə fotosu çəkilib.  5-26 sentyabda Milli Olimpiya Komitəsinin 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” adlı layihə yenidən start götürüb. Azərbaycanın bölgələrində baş tutacaq tədbirə Azərbaycan Milli Olimpiya Akademiyası və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi də təşkilatçılıq edir. Sentyabr ayı ərzində Gədəbəy, Mingəçevir, Lənkaran və Bərdə rayonları ilə yanaşı, yekun olaraq paytaxt Bakıda  “Azərbaycanın Olimpiya Odisseyası” layihə çərçivəsində çəkilən sənədli filmlərin nümayişi olacaq. Bölgələrə səfər edəcək Olimpiya çempionalrı görüş iştirakçılarının sualalrını cavablandıracaqlar. Layihə çərçivəsində ilk görüş Gədəbəy rayonunda baş tutub. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsində əsas məqsəd: Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək, narkotik vasitələr və psixatrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırış etmək, hər bir yaş kateqoriyasına görə idmanın təbliğini aparmaq, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə olimpiya prinsip və dəyərlərinin təbliğ edilməsindən ibarətdir. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova təqdim edib. Daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarında yunan-roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova həsr olunan  “Cəngavər” filmi  izlənilib. Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı sualalrını cavablandırıb. Gədəbəy Rayon Heydər Əliyev mərkəzində səmimi şəraitdə baş tutan görüşün sonunda xatirə fotosu çəkilib.