Azərbaycanın Olimpiya çempionunun yubileyidir
31 oktyabr 2023 1383
Bu gün Azərbaycanın həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanovanın 80 yaşı tamam olur.
Bu münasibətlə AHF-də görüş keçirilib.
Federasiyanın prezidenti Saleh Məmmədov yubilyara ən xoş arzularını bildirərək, qurumun fəxri fərmanını və gül dəstəsini təqdim edib.
Görüşün sonunda veteran həndbolçu ilə xatirə şəkilləri çəkdirilib.
Xatırladaq ki, Rəfiqə Şabanova 1976-cı ildə SSRİ yığmasının heyətində Monreal Yay Olimpiya Oyunlarının qalibi olub, 1983-cü ildə Beynəlxalq Həndbol Federasiyası Kubokunu qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı