Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb
18 iyun 2026 - 16:37 220
Mayın 18-24-də Türkiyənin Antalya şəhərində keçirilən “Açıq havada Avropa Çempionatında” iştirak edən Məhəmmədəli Əliyev 88 kişi iştirakçı arasından 659 xal toplayaraq 29-cu yeri tutub. İdmançımız bu nəticə ilə 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb.
Bu nəticə Azərbaycanın kamandan oxatma idmanı tarixində Avropa Oyunlarına kişi idmançılar arasında qazanılan ilk kvotadır. İndiyə qədər ölkəmizin heç bir kişi kamandan oxatanı bu idman növündə belə uğura imza atmayıb. Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı


