Azərbaycanın iki güləşçisi dünya çempionu oldu
02 avqust 2023 991
Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, 45 kiloqram çəki dərəcəsində Turan Daşdəmirov və 60 kiloqram çəki dərəcəsində Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
T.Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. R.Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.
Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı