Azərbaycanın Əməkdar məşqçisinin tələbəsi karate turnirinin qalibi olub
25 avqust 2025 - 16:20 591
“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə karate üzrə turnir keçirilib.
Yarış iştirakçıları arasında Azərbaycanın Əməkdar məşqçisi, 3-cü dan qara kəmər sahibi Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da yer alıb.
25 kq çəki dərəcəsində mübarizə aparan 7 yaşlı idmançı fərxi kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, uşaqlar, yeniyetmələr və gənclər arasında baş tutan turnirdə 100 karateci mübarizə aparıb.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı