Azərbaycanın dörd idman gimnastı beynəlxalq turnirdə medal qazanıb
21 avqust 2023 743
Azərbaycanın dörd idman gimnastı Misirin Qahirə şəhərində keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində medal qazanıb.
Qadınlardan ibarət milli komandamızın üzvü Xədicə Abbaszadə yeniyetmələr arasında (2010-cu il) dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında birinci yeri tutub.
Kişilərdən ibarət yığmamızın üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medala layiq görülüblər.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı