Azərbaycanın daha bir muaytay idmançısı Avropa Oyunlarının bürünc medalına sahib olub
26 iyun 2023 942
Azərbaycanın muaytay millisinin daha bir üzvü Polşada keçirilən III Avropa Oyunlarını üçüncü pillədə başa vurub.
Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Aysun Devrişova yarımfinalda İsveç təmsilçisi Patrisiya Axlinqə uduzaraq bürünc medalla kifayətlənməli olub.
Daha əvvəl digər idmançımız Xəyal Əliyev (67 kq) bürünc medal əldə etmişdi.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı