Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
21 may 2024 903
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Yüksəl Sarıçiçəklə qarşılaşıb. Rəqibinə 10:1 hesabı ilə qalib gələn idmançı Avropa çempionu olub.
Daha əvvəl Ziya Babaşov 63 kiloqram çəki dərəcəsində finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.
Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı