Azərbaycanın daha bir cüdoçusu koronavirusa görə Qran-pridən kənarlaşdırılıb
30 yanvar 2022 572
Portuqaliyanın Almada şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində yarışan idmançımız İmran Yusifov (+100 kq.) təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxdığından yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, bundan öncə İmran Yusifovda Bakıda bir, Portuqaliyada isə iki test götürülüb və hamısının nəticəsi neqativ olub.
Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.
İmran Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər.
Təxminən 1 saat sonra başlayacaq bugünkü yarışda yığma komandamızdan Adil Kərimli (-100 kq.) və Uşanqi Kokauri (+100 kq.) güclərini sınayacaqlar. İdmançılarımıza uğurlar arzulayırıq.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı