Azərbaycanın boks hakimlərinin beynəlxalq kateqoriyası yüksəldilib
17 aprel 2025 869
Boks üzrə Azərbaycan referiləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçiblər.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. Beynəlxalq Boks Federasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 5-ə yüksəlib. Daha öncə Emil Qurbanəliyevlə Anar Babanlı bu kateqoriyaya layiq görülüblər.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı