Azərbaycanın basketbol yığması olimpiadada iştirak etmək üçün təsnifat oyunları keçirəcək
14 noyabr 2023 910
Qadınlardan ibarət 3x3 Azərbaycan yığma komandası Paris 2024 Olimpiya oyunlarında iştirak etmək üçün təsnifat oyunları keçirəcək.
Azərbaycanın komanda idman növlərində yaranan bu tarixi şansı qızlardan ibarət milli komanda , ötən yay 3x3 basketbol üzrə keçirilmiş Dünya Qadın Seriyasının mərhələ oyunlarında qazandıqları reytinq xallarına görə əldə edib. Belə ki, Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olan "Neftçi" klubunun və yığmanın heyətində iştirak etmiş qadın basketbolçuların topladıqları yüksək reytinq xallarına görə millimiz iki təsnifat oyunu keçirəcək.
Qeyd edək ki, ilk təsnifat oyunları 2024 -cü il aprel 17-18-də keçiriləcək. İkinci təsnifat oyunlarının başlama tarixi isə 2024-cü ilin iyun ayına planlaşdırılır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı