Azərbaycanın 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
13 iyun 2025 686
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürəcək.
Yarışın ilk günündə Azərbaycanın 3 idmançısı tatamiyə çıxacaq. Onların hər biri mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kiloqram) startda yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Qadınların yarışında isə Leyla Əliyeva türkmənistanlı Kurbanay Kurbanovanı, Könül Əliyeva (hər ikisi 48 kiloqram) ABŞ-dən olan Mariya Seliya Labordeni sınağa çəkəcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da, final bloku isə 20:00-da başlayacaq.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı