Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Vladimir Litvintsev finalda çıxış edib
10 fevral 2022 711
Fevralın 10-da “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Vladimir Litvintsev final mərhələsində çıxış edib.
Vladimir Litvintsev sərbəst proqramda 155,04 xal toplayıb və yarışın ümumi nəticəsinə əsasən 239,19 xalla 18-ci pillədə qərar tutub.
Qeyd edək ki, 21 yaşlı idmançımız Fevralın 8-də keçirilən qısa proqram üzrə çıxışı zamanı 30 idmançı arasında 84,15 xal toplayaraq 18-ci pillədə qərarlaşmışdı.
Olimpiya çempionu adına isə ABŞ təmsilçisi Natan Çen yiyələnib. Təmsilçimiz Vladimir Litvintsev öz təəssüratlarını bölüşüb. "Ümumilikdə özümdən razı qaldım. Çünki ekstrim və yıxılma olmadı, mən sona qədər mübarizə apardım. Bacardığım və mümkün olan hər şeyi etdim." deyə idmançı bildirib.
“ Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən daha bir idmançımız Yekaterina Ryabova isə fevralın 15-də ilk çıxışını edəcək.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı