Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
08 iyun 2023 590
İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Arat ilə görüşüb.
Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir k, görüşdə Azərbaycanda Olimpiya Hərəkatının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilib və bu ay Polşada baş tutacaq üçüncü Avropa Oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
