Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq
23 noyabr 2023 175
Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş 100 km məsafəyə qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir.
Yarışa noyabrın 24-ü saat 03:00-da start veriləcək. Ağ şəhər bulvarından Su idman sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da keçiriləcək. Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı