Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb
30 iyul 2022 1566
Su İdmanı Sarayının meydançasında 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb.
Çempionatın ikinci günü daha gərgin oyunlarla yadda qalıb. Maraqlı keçən görüşlərdən sonra qadınların yarışında finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 hesabı ilə məğlub edərək qalib adına yiyələnib.
Kişilərin yarışında isə həlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.
Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) üçüncü yeri tutub.
Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi olub. Mərasimdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, “Smart sport” şirkətinin direktoru Orxan Şahverdiyev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov və AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər.
Açıq Azərbaycan çempionatının qaliblərinə medal, diplom və yarışın sponsorları “LENOVO”, “Division”, “G-Shock”, “Smart Sport”, “Azergold”, “Sirab” və “ElektroPark” tərəfindən pul mükafatı verilib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı