Azərbaycan və Gürcüstan Milli Olimpiya Komitələri arasında gələcək tərəfdaşlıq əlaqələri ilə bağlı görüş
03 fevral 2022 1504
27 yanvar tarixində Azərbaycan və Gürcüstan Milli Olimpiya Komitələri arasında gələcək tərəfdaşlıq əlaqələri ilə bağlı görüş baş tutub. Görüşdə Gürcüstan MOK-un baş katibi Emzar Zeanişvili, vitse-prezidenti Mamuka Xabareli, Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Rusiko Aptsiauri və digər nümayəndələr iştirak ediblər. O cümlədən, Milli Olimpiya Komitəsini Marketinq şöbəsinin direktoru Mehman Kərimov, mətbuat katibi Günay Malikqızı, marketinq mütəxəssisi Səkinə Vəliyeva və Maliyyə şöbəsinin direktoru Svetlana Abdullayeva təmsil ediblər. Görüşdə Azərbaycan və Gürcüstan MOK arasında əməkdaşlıq, OCEP və DCMS ilə bağlı müzakirələr aparılıb.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı