Azərbaycan üzgüçüləri Serbiyada 8 medal qazanıblar
17 dekabr 2023 908
Azərbaycan üzgüçüləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə səkkiz medal qazanıblar.
Dünya çempionatı və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə 100 və 200 metr məsafələrə batterflay üsulunda üzmədə A finalında bütün rəqiblərini üstələyərək birinci olub. O, hər iki növdə turnirin rekordunu yeniləyib.
R. Vəlizadə 50 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında isə gümüş medala sahib çıxıb.
Milli komandanın digər üzvü Rəşad Alquliyev 50 və 100 metr məsafələrə arxası üstə üzmədə A finalında üçüncü yeri tutub.
Əbdürrəhman Rüstəmov isə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə B finalında qızıl, A finalında isə gümüş medal əldə edib.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı