Azərbaycan triatlonçusu Rostislav Pevtsov Avropa Kubokunda 8-cı olub
04 aprel 2022 539
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Melilla şəhərində keçirilən Avropa kuboku yarışlarında 8-cı olub.
Idmançimiz 69 triatlonçunun mübarizə apardığı yarışı 48 dəqiqə 01 saniyəlik nəticə ilə başa vurub.
R.Pevtsov 750 metrlik su məsafəsini 6 dəqiqə 20 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 55 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 07 saniyə nəticə ilə tamamlayıb.
Hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını davam etdirir.
Bənzər xəbərlər
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq ... Ətraflı
Stolüstü tennisçimiz Belçikada medal qazanıb
Stolüstü tennisçimiz Onur Quluzadə Belçikanın Spa şəhərində təşkil olunan “WTT ... Ətraflı