Azərbaycan təmsilçisi Vladimir Litvintsev “Pekin-2022”nin ilk yarışında uğurlu çıxış edib
08 fevral 2022 574

Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-cı qısa proqramını bitirib. O 84,15 bal toplayaraq 18-ci yerə çıxıb və final-a vəsiqə qazanıb. növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bu günkü çıxışından razı qaldığını bildirib. “Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur, ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-dakı yarışda da proqramımı düzgün yerinə yetirim” deyə Vladimir Litvintsev bildirib. Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü ifinala yüksəlib. Azərbaycan Olimpiya Komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-də Pekinə yola düşəcək. Ryabovanın yarışı 15 və 17 fevral tarixində baş tutacaq.
Bənzər xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı
Yığma komandamız Belqradda birinci oldu
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə ... Ətraflı

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı
Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider ... Ətraflı