Azərbaycan təmsilçiləri Beynəlxalq Universitet İdman Festivalında növbəti medallarını qazanıblar
26 avqust 2023 901
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
Təmsilçilərimiz sərbəst güləşdə növbəti qələbəsini qazanıb.
Günün ən maraqlı görüşü Azərbaycan idmançısı Sabir Cəfərov (70kq) və rəqibi Rusiya güləşçisi Nicat Fərzəliyev arasında olub. Ölkəmizi təmsil edən güləşçi 10:0 hesabı ilə yarışda qalib gəlib və bürünc medal əldə edib.
Güləşçimiz Ramiz Həsənov (74 kq) rəqibi rusiyalı Maqomed Kardanova 1:11 hesabı ilə məğlub olaraq ölkəmizə gümüş medal qazandırıb.
Güləş üzrə digər təmsilçilərimiz - Fərid Cabbarov (86 kq) Rusiya idmançısı Boqdan Qladçenkodan, Aydın Əhmədov (125 kq) isə qazaxıstanlı Marlen Kurlysbekdən üstün olaraq bürünc medala sahib olublar.
Sambo idman növündə 58 kiloqramda çıxış edən idmançımız Nicat Məmmədli isə qazaxıstanlı Said Baigaliyevə 3:1 hesabı ilə qalib gələrək bürünc medalla kifayətlənib.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir.
Atletlərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışlarda mübarizə aparırlar.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı