Azərbaycan taekvondoçuları Gimnaziadada daha 10 medal qazanıb
09 aprel 2025 497
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışları başa çatıb.
Azərbaycan millisi ikinci gündə 9 qızıl və 1 gümüş medala sahib çıxıb.
Komandanın heyətində Fidan Muxtarzadə (29 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Musa Süleymanlı (37 kiloqram), İnci Oruczadə (37 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Elmir Səlimov (53 kiloqram), Eda Eren (55 kiloqram), Rəsul Cavadzadə (61 kiloqram), Fuad Həsənov (+65 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmira Bayrak (41 kiloqram) isə gümüş mükafata yiyələnib.
Bununla da millimiz yarışı 10 qızıl, 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 16 medalla başa vurub. Yığma ötən gün isə 6 mükafata layiq görülmüşdü.
Qeyd edək ki, Oyunlara aprelin 12-də yekun vurulacaq.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı