Azərbaycan Super Liqasında növbəti turun proqramı açıqlanıb
17 yanvar 2022 1843
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.
Yanvarın 18-də III tur çərçivəsində ilk olaraq meydana “Azərreyl” və “Murov” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
Yanvarın 21-də isə I turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı