Azərbaycan şahmatçısı yarımfinalda!
17 avqust 2023 1097
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1\4 final mərhələsinin cavab görüşləri keçirilir.
İlk oyunda Hindistan təmsilçisi Vidit Santoşla heç-heçə oynayan Azərbaycan şahmatçısı Nicat Abasov bu gün ikinci partiyada inamlı qələbə qazanıb. 28 yaşlı qrossmeyster cavab oyununda Vidit Santoşu məğlub etməklə yarımfinala vəsiqə qazanıb.
Nicat Abasov Dünya Kubokunda yarımfinala vəsiqə qazanan ikinci azərbaycanlı şahmatçı olub. Buna qədər 2019-cu ildə şahmatçımız Teymur Rəcəbov ilk dəfə yarımfinalda iştirak edib və həmin il turnirin qalibi olub.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal avqustun 19-da başlayacaq. N.Abasovun yarımfinalda rəqibi rəqibi Maqnus Karlsen (Norveç)-Domaradju Qukeş (Hİndistan) cütünün qalibi olacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı