Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb.
21 fevral 2020 1061
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında imzalanan anlaşma memorandumu Azərbaycan MOK və İtaliya MOK arasında Olimpiya Hərəkatının İnkişafı, sülhməramlı missiya, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutur. Tərəflər həm Yay Olimpiya Oyunları, həm də Qış Olimpiya Oyunları ərəfəsində və bu oyunlara hazırlıq üçün bir-birinə qarşılıqlı yardım etmək və qarşılıqlı maraq doğuran sahələri araşdırmaqda razılaşıblar. Azərbaycan MOK, xüsusən yay idman oyunları ilə əlaqədar yardım etməyə, İtaliya MOK isə xüsusən qış idman oyunları ilə əlaqədar yardım etməyə razılıq verir. Bundan başqa, dopinqlə beynəlxalq mübarizəni nəzərə alaraq, tərəflər həm müvafiq olaraq öz ölkələrində fərdi qaydada, həm də birlikdə beynəlxalq idman arenasında dopinqdən istifadənin qarşısını almaq üçün göstərilən bütün səyləri dəstəkləməyi vəd edirlər. Daha bir vacib məqam isə ondan ibarətdir ki, memoranduma əsasən, Azərbaycan MOK və İtaliya MOK ikitərəfli və çoxtərəfli yarışlar, məşqlərdə iştirak üçün bir-biriləri, hər iki ölkənin milli idman federasiyaları arasında idmançı mübadilələri, habelə öz rəsmiləri, məşqçiləri, hakimləri, ekspert və mütəxəssislərinin qarşılıqlı maraq doğuran mövzulara dair keçirilən toplantılarla birlikdə seminar, kurs və konsultasiyalarda iştirak məqsədilə mübadiləsini təşviq edəcəklər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı