Azərbaycan millisinin Karate1 turniri üçün heyəti açıqlanıb
28 sentyabr 2023 999
Azərbaycan Karate Federasiyasının tərkibində təmsil olunan Milli Karate Federasiyasının idmançıları Karate1 Seriya A turnirində iştirak edəcəklər.
29 sentyabr - 1 oktyabr tarixləri arasında Kiprin Larnaka şəhərində keçiriləcək yarışda milli komanda 6 idmançı ilə təmsil olunacaq.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev və məşqçi Akif Kərimov turnirdə Hüseyn Məmmədli, Nuran Rzazadə Nuran, Məhəmməd Xamoyev (hamısı 67 kiloqram), Nicat Kərimli (75 kiloqram), Osman Osmanlı (+84 kiloqram) və Renata Ərəbliyə (61 kiloqram) şans verəcək.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı