Azərbaycan millisi Avropa çempionatında 15-ci olub
27 fevral 2025 622
Azərbaycanın yeniyetmələrdən ibarət şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 15-ci olub.
Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komanda ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.
1/4 finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda görüşlərdə qüvvəsini sınayıb.
Fransa yığmasına 37:45 hesabı ilə uduzan milli isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.
Komanda 15-ci yer uğrunda qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı