Xəbərlər

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Xəzər TV-nin “Atəş Xətti” proqramının qonağı olub

05 oktyabr 2020 631

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Ermənistanın dinc əhalini hədəfləyən raket zərbələri endirməsini “ölümqabağı sudurqa” adlandırıb. “Məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyəti, bu təxribatlarla xarici qüvvələri münaqişəyə cəlb etmək istəyir.” deyən MOK rəsmisi Ermənistanın bütün törətdiklərinə baxmayaraq Azərbaycanın qələbəyə günü-gündən yaxınlaşdığını bildirib. “Beynəlxalq arenalarda Azərbaycanın şərəfini qoruyan idmançılarımız bu gün cəbhədə Vətəni qoruyur. Hər bir Azərbaycanlının prezidenti olan, ali baş komandanımız İlham Əliyev həm də Olimpiya Komitəsinin prezidentidir, ona görə də idmançılar ikiqat məsuliyyət hiss edirlər. Çoxlu sayda idmançı bizə müraciət edərək, döyüşə getmək istədiyini bildirib. İnanın onları zorla saxlayırıq və bildiririk ki, vaxtı gələndə onlar da hamı kimi Vətən uğrunda mübarizəyə qoşulacaqlar.” Xəzər TV-də “Atəş Xətti” proqramının qonağı olan MOK vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan ordusunun qalibiyyətini ədalətin bərpa olunması kimi qiymətləndirib. “İdman yarışlarının hakimləri olur. Onlar yarışların ədalətli keçməsini təmin edirlər. Biz 30 il münaqişənin ədalətli həllini gözlədik. Bu gün görürük ki, bu ədalət döyüş meydanında əldə olunur. Ali baş komandan İlham Əliyev və şanlı Azərbaycan ordusu ədaləti bərpa edəcək” deyə MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.