Azərbaycan komandası Skopye-2025-də çıxışını başa vurdu
26 iyul 2025 - 13:24 609
Azərbaycan cüdoçuları qarışıq komanda yarışlarında növbəti görüşünü keçirib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, komandamız 1/8 finalda İsrail cüdoçuları ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş rəqib komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, cüdoçularımız qarışıq komanda yarışlarında çıxışını başa vurub. Bununla da XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı komandamız üçün başa çatıb. İdmançılarımız bir həftə davam edən yarışı 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurublar.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı