Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12 noyabr 2026 - 23:26 29
Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13-cü yarış günü başa çatıb.
Günü bir gümüş medalla başa vuran Azərbaycan komandası ümumi medal sıralamasında mövqeyini yaxşılaşdıraraq bir pillə irəliləyib. Hazırda yığmamız 3 qızıl və 3 gümüş medalla 11-ci yerdə qərarlaşıb.
Medal sıralamasına 32 medalla (17 qızıl, 8 gümüş, 7 bürünc) Çin Xalq Respublikası başçılıq edir. Gün ərzində medal qazana bilməyən Yaponiya komandası 9 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə yer alıb. Misir 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla dördüncü, Efiopiya komandası isə 8 (5 qızıl, 3 gümüş) medalla beşinci sıradadır.
Yarışların başa çatmasına cəmi bir gün qalmış medal qazanan ölkələrin sayı 98-ə yüksəlib. Onlardan 79-u qızıl medal əldə edib.
Xatırladaq ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Çimərlik güləşində Nihad Süleymanlı (80 kq), taekvondoda Adil Kazımlı (-73 kq) və boksda Gülər Hüseynova (51 kq) isə gümüş medala yiyələnib.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.
Bənzər xəbərlər
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə ... Ətraflı
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 Noyabr - ... Ətraflı