Azərbaycan karateçisi beşinci dəfə dünya çempionu olub
05 noyabr 2023 1273
Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.
Yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər. Yığmanın üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı üçüncü yerdə başa vurub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı