Azərbaycan karateçiləri qitə zirvəsində
23 avqust 2021 1693
Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.
Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.
Çempionatın sonuncu günündə - avqustun 22-də 18-21 yaşadək gənclərin kumite yarışında Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adını qazanıb. Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medala sahib olublar.
Beləliklə, Avropa çempionatına 24 karateçi ilə qatılan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qeyd edək ki, yarışda 45 ölkədən 1008 idmançı iştirak edib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı