Azərbaycan karateçiləri Avropa çempionatı və birinciliyində uğur qazanıblar
15 sentyabr 2025 - 20:33 570
Azərbaycan təmsilçiləri Rumıniyanın Timișoara şəhərində keçirilən XXI qocyu-ryu karate üzrə Avropa çempionatı və birinciliyində uğur qazanıblar.
Nurlan Quliyevin rəhbərliyi altında yarışda iştirak edən komanda yüksək nəticələrə imza atıb.
Karateçilərin hazırlığında və uğurlarında pay sahibi olan məşqçilər - Azər Aslan, Elşən Xamoyev, Röya Səfərov, Elmin İsayev, Qadir Hüseynov və Ruslan İsmayılov - öz yetirmələri ilə birlikdə müxtəlif yaş və çəki dərəcələrində nümunəvi çıxışlar göstəriblər.
Mikayıl Nağıyev, Əli Məmmədzadə, Elvin Həşimli, Ömər Bəkir, Viktoriya Qrizmin və Əlmədət Mikayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Elşən Xamoyev və Ruslan İsmayılov həm də hakim kimi yarışda iştirak ediblər.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı