Azərbaycan Karate Federasiyası ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib
12 sentyabr 2023 1452
Tədbir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda baş tutub. Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən toplantıda 6 federasiya ilə (Milli Karate Federasiyası, Fullkontakt Kyokuşin Karate Federasiyası, Şorinjiryu Kenkokan Karate do Koşiki Karate Federasiyası, Ənənəvi Karate do Federasiyası, Şotokan Karate do Federasiyası, Aşihara Karate Federasiyası) üzvlük müqaviləsi imzalanıb.
Tədbirdən sonra AKF-in idarə heyətinin iclası keçirilib. İclasda sənədlərlə işin təşkili, yarışların təşkili xüsusiyyətləri, arayış və hesabatların icrası, lisenziyalaşdırma, AKF-ə üzvlük qaydaları, büdcə vəsaiti fondunun yaradılması, 2024-cü il üçün vahid təqvim planı və digər məsələlər müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
