Azərbaycan idmançısı Avropa Gəncləri Qış Olimpiya Festivalında iştirak edir
23 yanvar 2023 83

Yanvarın 21-də İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalına start verilib. Festivalın açılış mərasimi Trieste şəhərinin “Piazza Unità D Italia” mərkəzi meydanında, açıq havada keçirilib. Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər. Şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətininn üzvləri paraddan keçib.
Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. İşıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açılış mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiyaya səyahət təşkil olunub. EYOF iştirakçılarının Olimpiya çempionluğuna gedən yollarını, təcrübəsini və əzmini simvolizə edən məqamlara toxunulub. Sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan EYOF məşəlini alovlandırıb.
8 gün davam edəcək festivalda ölkəmiz fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunur. Atletimizin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. İki gün sonra isə təmsilçimiz sərbəst proqramda mübarizə aparacaq.
Bənzər xəbərlər

Bakı məktəblilərinin Özbəkistan səfəri bitib
Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi ilə birgə ... Ətraflı

Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin ... Ətraflı