Azərbaycan idmançıları üçün vahid formalar təqdim olunub
16 iyun 2023 2165
2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı olub.
Mərasim Milli Gimnastika Arenasında baş tutub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərlə danışıqlardan sonra reallaşıb: "Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar".
Nazir qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək III Avropa Oyunlarında istifadə olunacaq.
Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı



