Azərbaycan İdman Könüllülərinin I Forumu keçirilib
01 sentyabr 2020 444

Forumun açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin sədr müavini və başqaları iştirak ediblər. Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idman könüllülüyünün tarixi olduqca gəncdir: “Könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə ölkəmizə bu sahədə çox böyük təcrübə və bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edildi. Bu gün Azərbaycanda kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı və yardımsevər gənclərimiz var”. İdman Könüllülərinin I Forumu münasibətilə iştirakçıları təbrik edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə pandemiya dövründə belə bir forumun təşkil olunmasını idman könüllülərinin aktiv fəaliyyəti ilə əlaqələndirib. Forum iştirakçılarına bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi ilk illərdə qatıldığı beynəlxalq tədbirlərdə, Olimpiya Oyunları, Dünya Çempionatlarında məhz könüllülərin fəliyyətinə xüsusi diqqət yetirib. “Rəsmi nümayəndə kimi mənimlə könüllülər çalışırdı. Bir çox hallarda könüllülər gənclər yox, yaşlı insanlar olurdu.” deyən MOK vitse-prezidenti gənclərlə yanaşı, daha çox yaşlı insanların könüllü kimi fəaliyyət göstərməsinin səbəbi ilə maraqlandığını qeyd edib. MOK vitse-prezidenti Çingiz Hüseynzadə yaşlı könülüllərin, gənclik illərindən könüllü hərəkatına qoşulduqlarının və illər keçdikdən sonra da bu sahədə təcrübə yaşamaq istədiklərinin şahidi olduğunu bildirib. Məhz buna görə, gənc yaşdan könüllü hərəkatına qoşulmağın, prosesin davamlılığına müsbət təsir göstərdiyini bildirib. Solt-Leyk- Sitidə elmlər doktoru, laboratoriya müdiri, könüllü professorun dediklərini forum iştikaçıları ilə bölüşən MOK rəsmisi könüllülük hərərkatının vacibliyinə bir daha diqqət çəkib. Onun sözlərinə görə, Solt-Leyk-Sitidəki yaşlı professor könüllü paltarını evdə saxlayacağını və nəvələrinə fəxrlə tədbirlərdə könüllü olduğunu deyəcəyini bildirmişdi. “Əslində konüllü olmaqla fəxr edilməlidir.” fikri ilə sözlərini davam edən MOK vitse-prezidenti Çingiz Hüseynzadə könüllü hərəkatında elə də böyük təcrübəsi olmayan Azərbaycanın Avropa Oyunları zamanı könüllülərlə bağlı qazandığı uğuru bir daha xatırladıb. “Avropa Oyunları zamanı əldə olunan uğurun yarısı könüllülərin payına düşür. Çünki onlar Azərbaycanın bütün dünyaya tanındılmasında böyük rol oynayıblar.” MOK vitse-prezidenti könüllülərin Azərbaycanı yüksək səviyyədə təbliğ edəcəklərinə inandığını da bildirib. Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllü ili” elan etməsini, könüllülərə verilən yüksək qiymətlə əlaqələndirən MOK rəsmisi bu günə kimi dövlət başçısının etimadını doğruldan Azərbaycan könüllülərinin bundan sonra da fəaliyyətlərində uğur əldə edəcəklərinə inandığını bidirib.


Bənzər xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ... Ətraflı

Sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyinin heyəti məlum olub
5-9 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə sambo güləşi üzrə yeniyetmələr ... Ətraflı