Xəbərlər

Azərbaycan güləş millisi dünya üçüncüsü olub

24 avqust 2025 - 23:20 197

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.

 

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığma komanda hesabında dünya üçüncüsü olub. Komanda həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

 

Xatırladaq ki, Azərbaycan millisinin heyətində Ayxan Cavadov (60 kiloqram) qızıl, Turan Daşdəmirov (55 kiloqram) gümüş, Fəraim Mustafayev (67 kiloqram) isə bürünc medal qazanıb.